Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

23 sentyabr Bakı Fond Birjasında TBC Kredit BOKT MMC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

3 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirmişdir. Azərbaycanın qeyri-neft sektorundan olan TBC Kreditin istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.

Açılış mərasimində emitent tərəfindən TBC Kreditin direktoru Əjdər Əliyev, birja üzvü tərəfindən AzFinance investisiya şirkətinin direktoru İntiqam Səfərəliyev, AMFA (Azərbaycan Mikromaliyyə Assosiyasiyası) direktoru Jalə Hacıyeva və BFB-nin sədri v.m.i.e Eldar Abdullayev  iştirak etmişdir. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək TBC Kreditin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Bakı Fond Birjasında partnyor olaraq Listinq Məsləhət Proqramına qoşulan  Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) açılış mərasimində iştirak etmişdir, Bank Olmayan Kredit Təşkilatlarının istiqraz buraxılışını müsbət qiymətləndirmişdir və bu istiqamətdə BFB ilə əməkdaşlıqların davamı olacağını qeyd etmişdir.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Serbiya ilə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı