Bakı Fond Birjasında ticarət tarifləri üzrə dəyişikliklər təsdiqlənib

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, o cümlədən kapital bazarlarında baş verən müsbət trendləri və ticarət həcmlərində müşahidə olunan artım templərini nəzərə alaraq Bakı Fond Birjası tərəfindən birjada ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə  yenidən baxılmışdır. Simulasiyalar və müqayisəvi təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı iki dəfə aşağı salınmışdır. Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilmişdir. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək.

Aşağıda qeyd olunan təsdiqlənmiş dəyişikliklər  1 Noyabr 2019-cu il tarixindən qüvvəyə minir :

XidmətKöhnə tarifYeni tarifQeyd
Dövlət və bələdiyyə qiymətli kağızların yerləşdirilməsi0.04%0.02%Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur.
Azərbaycan Respublikasının  Mərkəzi Bankının notlarının yerləşdirilməsi0.04%0.02%Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur.
Korporativ istiqrazların yerləşdirilməsi0.04%0.02%Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər
Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi istiqrazların yerləşdiriməsi0.04%0.02%Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər
Repo əməliyyatları3 (üç) günədək, hər gün üçün 0,001%;3 (üç) gündən artıq 0,003%0,001%Komissiya haqqı açılış əqdin həcmindən və hər iki tərəfdən tutulur (Azərbaycan Respublikasının Mərkəzi Bankıdan komissiya haqqı tutulmur)

Yeni ticarət tarifləri Bakı Fond Birjasının internet səhifəsinin “Bazar və alətlər” bölməsində (https://bfb.az/tarifler/) yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır