Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasının nümayəndələri Qarabağ Universitetində tələbələrlə görüş keçirib - BBN

Bakı Fond Birjasının nümayəndələri Qarabağ Universitetində tələbələrlə görüş keçirib

15 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) nümayəndə heyəti Qarabağ Universitetinə səfər edərək tələbələr üçün maarifləndirici təlim keçirib. Səfərin məqsədi tələbələr arasında kapital bazarı haqqında məlumatlılığın artırılması, müasir maliyyə alətləri və fond bazarının fəaliyyət prinsipləri barədə praktiki biliklərin aşılanması olub.

“Azərbaycanda Mütəşəkkil Kapital Bazarı və Bakı Fond Birjasının rolu” mövzusunda baş tutan təlim BFB-nin Ticarət və Əməliyyat şöbəsinin mütəxəssisləri tərəfindən təqdim edilib. Təlim zamanı tələbələrə ölkənin kapital bazarının inkişaf perspektivləri, birjanın iqtisadiyyatda oynadığı rol, ticarət sistemi, emitent və investor münasibətləri, eləcə də bazarın şəffaflıq standartları barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları həmçinin kapital bazarında karyera imkanları, BFB-nin gənclər üçün təklif etdiyi təcrübə proqramları və maarifləndirici təşəbbüslər barədə məlumatlandırılıb. Tələbələrlə qarşılıqlı müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Bakı Fond Birjası gələcəkdə də regionlarda maarifləndirmə tədbirlərini davam etdirməyi, tələbələrin maliyyə savadlılığının artırılmasına, eləcə də kapital bazarının potensial kadrlarının yetişdirilməsinə töhfə verməyi planlaşdırır.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı