Home » Bakı Fond Birjasının tərəfdaşlığı ilə Maliyyə İnvestisiya Forumu baş tutub

Bakı Fond Birjasının tərəfdaşlığı ilə Maliyyə İnvestisiya Forumu baş tutub

by anar
0 comments 2 views 1 minutes read

23 may 2025-ci il tarixində Bakı Fond Birjasının tərəfdaşlığı ilə Maliyyə İnvestisiya Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov, Azərbaycan Kapital Bazarları Assosiasiyasının direktorlar şurasının sədri Orxan Bağırovun nitqləri ilə açıq elan olunmuşdur.

Forumda məruzəçi qismində Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş kommersiya inzibatçısı Oqtay Qasımov və Qazaxıstan Fond Birjasının Emitent və İnvestorlarla iş Departamentinin rəhbəri Aziza Bayjanova kapital bazarlarında institusional inkişaf, alternativ maliyyələşmə alətləri, texnoloji innovasiyalar və rəqəmsallaşmanın rolu mövzularında çıxış ediblər.

Forum çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə iki panel – “İnvestisiyanın gücü və yeni trendlər” və “Uğurlu investisiya qərarları” mövzularında müzakirələr təşkil olunub.

“İnvestisiyanın gücü və yeni trendlər” və “Uğurlu investisiya qərarları” adlı paneldə “Kalkınma Yatırım Bankası”nın İnvestisiya Bankçılığı üzrə rəhbərDilan Pamir və Baş direktorun müavini, Davamlılıq və Təsir lideri Seçil Yıldız öz təçrübələri ilə paylaşıb. Spikerlər sırasında yerli və xarici kapital bazarı iştirakçıları, iqtisadçılar, analitiklər və investorlar yer alaraq qlobal bazarların çağırışları fonunda Azərbaycanın maliyyə bazarlarının dayanıqlılığı və potensialını müzakirə ediblər.

Forumun əsas məqsədi ölkədə kapital bazarlarının inkişafına, maliyyə savadlılığının artırılmasına, investisiya mühitinin təkmilləşdirilməsinə və yerli bazarın beynəlxalq trendlərə inteqrasiyasına diqqət çəkmək idi. Forumda dövlət qurumlarının nümayəndələri, aparıcı maliyyə institutları, banklar, investisiya şirkətləri, fond birjası, sahibkarlar və media təmsilçiləri iştirak edərək geniş fikir mübadiləsi apardılar.

Maliyyə İnvestisiya Forumu kapital bazarlarının inkişafında vacib rol oynayan platforma kimi ölkədə investisiya mədəniyyətinin formalaşmasına, iştirakçıların bir araya gəlməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verib.

Forum Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və Facemark şirkətinin birgə təşkilatçılığı keçirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.