Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Bakı kart"ın mobil tətbiqinin fəaliyyəti yaxın vaxtlarda bərpa olunacaq - BBN

“Bakı kart”ın mobil tətbiqinin fəaliyyəti yaxın vaxtlarda bərpa olunacaq

“Bakı kart”ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin müdir müavini Tərlan Səfərov məlumat verib.

T.Səfərov  vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinmədiyini bildirib.”Vətəndaşların mobil tətbiqdə olan bütün vəsaitləri geri qaytarılacaq. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Yaxın günlərdə, hətta ola bilər gələn həftə bu məsələ həll olunsun”.

“Bu problemin tez-tez təkrarlanması gözlənilirdi. Ona görə də bu problemin köklü həllinə gedildi. Mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırıması nəzərdə tutulub”, – deyə o bildirib.

İctimai dinləmədə qeyd olunub ki, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə edə bilərlər. O da bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. Bakı Metropoliteninin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır.

Related posts

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

“Onlayn Azərbaycan” layihəsi uğurla tamamlanıb

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı