Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət göstərən qurumlar məlum oldu - BBN

“Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət göstərən qurumlar məlum oldu

2023-cü ilin yanvar-oktyabr aylarında “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 232 minə yaxını beş dövlət qurumu tərəfindən göstərilib.

Cari ilin yanvar-oktyabr aylarında sahibkarlar “Bakı KOB evi”nə daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət ediblər – 204520. Siyahıda növbəti yerləri 17947 xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5074 xidmətlə Dövlət Vergi Xidməti, 2912 xidmətlə Dövlət Gömrük Komitəsi, 1154 xidmətlə Fövqəladə Hallar Nazirliyi tutur. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan icazə, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.

Ümumilikdə bu dövrdə “Bakı KOB evi”ndə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 248262 xidmət göstərilib. Bu xidmətlərin 233735-i (94,15%) dövlət qurumları, 14527-si (5,85%) isə özəl qurumlar tərəfindən göstərilib.

Qeyd edək ki, “Bakı KOB evi”ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyəti zamanı zəruri olan 300-dən çox “G2B” və 15 özəl qurum tərəfindən 80-dən çox “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı və digər sənədlər, kommunal xidmətlərə qoşulma, vergi, gömrük, qida təhlükəsizliyi, aqrar sahə üçün subsidiyalar, bank, sığorta, daşıma, notariat və s. kimi xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bazarların Gözü Bu Gün ABŞ İnflyasiyasında – PPI Məlumatı Həlledici Ola Bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı