Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Limanı ilə Mərakəş Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb - BBN

Bakı Limanı ilə Mərakəş Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikası və Mərakeş Krallığı höküməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçirilib. Mərakeşin Rabat şəhərində keçirilən iclas çərçivəsində Bakı Limanı ilə Mərakəşin Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov və Mərakəş Milli Limanlar Agentliyinin Baş meneceri Nadia Laraki tərəfindən imzalanan memorandumun əsas məqsədi iki ölkənin inkişafında limanların rolunu və strateji əhəmiyyətini nəzərə alaraq, əməkdaşlıq və tərəfdaşlığın qurulması və möhkəmlandirilməsidir.

Bu memorandum limanlar arasında əməkdaşlıq, liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi, ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirməsinə töhfə verəcək.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı