Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bakı Metropoliteni” Maliyyə Nazirliyindən 244,8 milyon manat faizsiz kredit cəlb edib - BBN

“Bakı Metropoliteni” Maliyyə Nazirliyindən 244,8 milyon manat faizsiz kredit cəlb edib

BBN.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC 2025-ci ilin fevral ayında Maliyyə Nazirliyindən 244,8 milyon manat həcmində faizsiz kredit cəlb edib.

Sözügedən kredit bu ilin sonunadək geri qaytarılmaq şərti ilə təqdim olunub.

Məlumatda bildirilir ki, “Bakı Metropoliteni” 2025-ci ildə aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərlərin kompensasiya edilməsi məqsədilə hökumətdən 42,66 milyon manat subsidiya alıb. Bununla yanaşı, əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar da daxil olmaqla yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişafı üçün əlavə olaraq 73,63 milyon manat vəsait ayrılıb.

Bundan başqa qeyd olunur ki, Metropolitenin Tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilib. Bu qərar tikinti idarəçiliyində çevikliyin və səmərəliliyin artırılmasına, müasirləşmənin təmin edilməsinə, eyni zamanda korporativ strukturun sadələşdirilməsinə və idarəetmə xərclərinin azaldılmasına xidmət edir.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı