Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı metrosundan istifadə edənlərin sayı 9%-dək artıb - BBN

Bakı metrosundan istifadə edənlərin sayı 9%-dək artıb

Bu ilin yanvar-iyul aylarında Bakı metropoliteninin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,8% artaraq 124 311 min nəfər olub.

Dövlət Statistika Komitəsindən BBN.az-a verilən məlumata görə 2022-ci ilin müvafiq dövründə Bakı metropoliteni 114 255 min sərnişin daşıyıb.

Xatırladaq ki, 2022-ci ildə Bakı metropoliteni 208,7 mln. sərnişin daşıyıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Qeyd edək ki, 1967-ci il noyabrın 6-sında istifadəyə verilən Bakı metropoliteninin hazırda 27 stansiyası və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Related posts

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Xalq Bankdan 8 Mart kampaniyaları

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı