Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Taksi Xidmətinin London taksilərində gediş haqqını təmassız ödə! - BBN

Bakı Taksi Xidmətinin London taksilərində gediş haqqını təmassız ödə!

Ölkəmizin nəqliyyat sistemində nağdsız ödənişlərin genişləndirilməsinə ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank Bakı Taksi Xidmətinin London taksilərində özünün təmassız POS terminallarını quraşdırıb.

Taksi sürücüsü bu POS terminalları məsaf ədən idarə edə bilir. Beləliklə, sərnişinə əyləşdiyi salondan gediş haqqını bank kartı, ödəniş üzüyü, yaxud NFC sistemini dəstəkləyən mobil telefonu ilə ödəmək üçün şərait yaradılır. Bu POS terminallarda ödəniş əməliyyatını istənilən bankın kartı ilə aparmaq mümkündür.

Xatırladaq  ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Dəmir Yolları, Mərkəzi Bank, Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ölkəmizdə ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında  sərnişinlərə gediş haqlarını bank kartları ilə təmassız ödəmək imkanı da yaradıb. Belə layihələrin əsas məqsədi ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafını dəstəkləmək, əhali arasında nağdsız ödəniş ənənələrinin yayılmasına nail olmaqdır.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı