Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bölgələrdə əmək yarmarkalarının təşkili davam etdirilir. Növbəti əmək yarmarkaları Bakı və Qəbələdə keçirilib.
Bakı Regional Məşğulluq filialı tərəfindən Park İnn Baku otelində təşkil olunan yarmarkada 35 müəssisə tərəfindən 432 vakansiya təqdim olunub.
Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələdə təşkil etdiyi tədbirdə isə 9 işəgötürən tərəfindən 100-dən çox vakansiya çıxarılıb.
Hər iki aktiv məşğulluq tədbirində işəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.
Yarmarkalarda həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.