Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, 23 fevral 2017-ci il tarixində İtaliyanın iqtisadiyyat naziri cənab Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur. Tədbirə qeydiyyat 23 fevral tarixində saat 08:30-da Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prospekti, 32) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır