Bakıda Azərbaycan – Slovakiya biznes forumu keçirilib

Biznes forumda ölkələrimizin biznes və investisiya mühiti barədə məlumat verilib, gələcəkdə geniş perspektivlər vəd edən sahələr müzakirə olunub.

Azərbaycan və Slovakiya respublikalarının iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı İKT, təhsil, nəqliyyat, enerji, müdafiə sənayesi, əczaçılıq, qida sənayesi və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Anar Axundov ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, qarşılıqlı faydalı ticarət və investisiya münasibətlərinin inkişaf potensialını yüksək qiymətləndirib. Sahibkarlar arasında təmasların artırılması və müvafiq qurumlar tərəfindən bu istiqamətdə işlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycanda xarici investisiyaların cəlbi, biznes və investisiya mühitinin həm institusional, həm də praktiki səviyyədə yaxşılaşdırılması üçün davamlı tədbirlər görülür.

Slovakiyanın iqtisadiyyat nazirinin müavini Kamil Şaşko ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının gücləndiyini və biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqinin vacibliyini qeyd edib. Nazir müavini həmçinin müxtəlif sektorlarda əməkdaşlığın geniş perspektivlər vəd etdiyini diqqətə çatdırıb.

Biznes forumda AZPROMO və SARIO təmsilçilərinin hər iki ölkənin investisiya və ixrac potensialına dair təqdimatları dinlənilib.

Biznes forum B2B formatda görüşlərlə davam edib.

Related posts

“Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda növbəti görüş keçirilib

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı