BAKIDA “FİNTEX SAMMİT ONLAYN” KEÇİRİLƏCƏK

Azərbaycan Banklar Assosiasiyası (ABA) 28-29 yanvar 2021-ci il tarixlərində FİNTEX SAMMİT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) adlı tədbiri təşkil edir. Sammit Azərbaycanda ilk dəfə olaraq virtual stendlər, “networking” xüsusiyyətlərinə malik xüsusi platforma üzərində keçiriləcəkdir (əlaqədar şəkillər əlavə olunur).

Sammit VISA beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda keçiriləcəkdir.

Tədbir zamanı “Auditorium” otağına daxil olaraq panel müzakirələrini dinləmək və spikerlərə sual vermək, “Exibition” otağına daxil olaraq virtual sərgidə iştirak etmək, həmçinin “Networking” otağına daxil olaraq digər iştirakçılarla ünsiyyət qurmaq imkanı mövcuddur.

Qeyd edək ki, ABA tərəfindən hər il may ayında FİNTEX SUMMİT və noyabr ayında Beynəlxalq Bankçılıq Forumu keçirilir – https://www.gbmevents.az/en/events. Bu tədbirlər maliyyə-bank və fintexlər sahəsində regionun ən nüfüzlu tədbirləri hesab olunur.

Tədbirin gündəliyi və digər məlumatlarla aşağıdakı link vasitəsilə tanış olmaq olar (bu link yalnız tədbirə dair məlumat almaq üçündür): https://www.gbmevents.az/en/event/fintex-online .

Qeydiyyatla bağlı əlaqədar şəxs: hesenli.xatun@bbn.az.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır