Bakıda islam ölkələrinin forumunun keçirilməsi təklif olunub

İqtisadiyyat naziri Şahin Mustafayev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edildiyini, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb. Şahin Mustafayev Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivlərindən danışaraq bildirib ki, 2016-cı ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın bu yaxınlarda Bakıda ilk iclası keçiriləcək, 11-14 fevral tarixlərində Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək. Ölkələrimiz arasında birbaşa hava uçuşlarının mövcud olması, “ASAN viza”nın tətbiqi Azərbaycan-Qətər əlaqələrinin inkişafında önəmlidir.

Yusif bin Həsən əl-Sai əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirib, İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır