Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq - BBN

Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-19 mart tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.

Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Qeyd edək ki, “Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq.  Həmin fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Related posts

“Big Mac” indeksinə görə Azərbaycan manatı dollara qarşı 36 % ucuz qiymətləndirilir

Ekspert: Neftin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına 2,2 mlrd. manat əlavə vəsait gətirir

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı