2026-cı ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat olub.
BBN.az Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz artaraq 1 milyard 781,8 milyon manata, qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1 milyard 439,6 milyon manat olub.