“BakıKART” artıq m10-da!

m10 elektron pulqabı “BakıKART” ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür.

İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ, beş dəqiqə ərzində istifadə olunmadıqda, altıncı dəqiqədə balansa geri qaytarılır.

Elektron pulqabı Bakının metro və avtobus xidmətləri ilə strateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməklə yanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq. m10 varsa, pik saatlarda metrodakı ödəmə terminallarının qarşısındakı uzun növbələri gözləməyəcək, avtobuslarda nəqliyyat kartı balansının bitməsi problemini yaşamayacaqsız.

Bu yenilik “BakıKART”ın vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutduğu hədəflərə uyğun gəlir. Habelə, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan verən mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə prosesinə də dəstək verir.

Əlavə məlumatlar m10-un Facebook, Instagram, Youtube kanallarında mövcuddur.

m10 elektron pulqabı “PashaPay” məhsuludur. Tətbiq istifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası, parklama, internet və sairə ödənişləri həyata keçirə bilərlər.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Maliyyə Nazirliyinin 364 günlük qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı