“Baku Steel Company” əməkdaşlarının yüksək balla ali məktəblərə qəbul olunmuş övladlarını mükafatlandırıb

“Təhsil millətin gələcəyidir”.

Ümummilli Lider Heydər Əliyevin bu fikri “Baku Steel Company” QSC-nin (bundan sonra – BSC) korporativ sosial məsuliyyət layihələrində əsas tezislərdən biri olaraq yer alır.

Gələcəyimiz olan gənclərin təhsilinə dəstək olmaq məqsədilə BSC əməkdaşlarının ali məktəblərə yüksək balla qəbul olunan övladlarını dəyərli hədiyyələrlə mükafatlandırıb.

Tədbiri giriş sözü ilə şirkətin Baş Direktorunun 1-ci müavini Polad Hümmətov açıb, tələbələri və valideynləri təbrik edib, gənc nəslə gələcək təhsil və karyeralarında uğurlar arzulayıb. O savadlı vətəndaşların ölkəmizin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, tələbə adı yeni qazanmış gənclərin dövrümüzün tələbatla qarşılanan ixtisaslarını seçmələrini alqışlayıb.

Daha sonra çıxış edən şirkətin Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasov BSC-nin nümunəvi əməkdaşlarının övladlarının da nümunəvi bilik nümayiş etdirərək Azərbaycanın sayılıb-seçilən universitetlərinə qəbul olunmasının təsadüfi olmadığı vurğulayıb.

BSC-nin Satışın təşkili şöbəsinin dəstələyicisi Elçin Sadıqovun oğlu Emin Sadıqov 615 balla ADA Universitetinə, EQS və soba-çalov sahəsinin rəisi Emil Məmmədovun oğlu Uğur Məmmədov 614.20 balla Azərbaycan Fransız Universitetinə, Aparat rəhbərinin müşaviri Xəqani Əsədovun qızı Selcan Əsədzadə 597 balla Bakı Dövlət Universitetinə, Fasonlu tökmə sexinin baş elektriki Şahin Mahmudovun oğlu Məhəmməd Mahmudov 579.10 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Şirkətin Su soyutma sistemlərinin operatoru Vəliş Babayevin oğlu Hüseyn Babayev isə 2022-ci il Fənn Olimpiadalarının Respublika turunda Tarix fənni üzrə 3-cü yerə layiq görüldüyündən dövlət sifarişi əsasında Bakı Dövlət Universitetinə imtahansız qəbul olunub.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı