“Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq konfrans keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” internet portalı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyilə “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq onlayn tədbir keçirib.

Tədbiri giriş sözü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açıb.

 Daha sonra Beynəlxalq Bank sədrinin müavini Elmir Həbibullayev, VISA şirkətinin departament rəhbəri  Andrey Aleykin, Mərkəzi Bankın nümayəndələri çıxışlar ediblər.

“Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq tədbir bir neçə panel müzakirələri ilə davam edib. Müzakirələrdə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, “ağıllı şəhər” modelinin qabaqcıl nümunələri, iqtisadi və sosial faydaları, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivləri barədə təqdimatlarla çıxış ediblər.

VISA şirkətinin də dəstək olduğu beynəlxalq foruma 100-dən artıq iştirakçı qatılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı