Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Balakən rayonunda KOB dostu fəaliyyətə başlayıb - BBN

Balakən rayonunda KOB dostu fəaliyyətə başlayıb

Balakəndə fəaliyyətə başlayan KOB dostu rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.

Balakən rayonunda KOB dostu fəaliyyətə başlayıb. Bununla da Şəki-Zaqatala iqtisadi rayonu üzrə KOB dostlarının sayı 5-ə çatıb. KOB dostu Balakən və ətraf rayonlarda yeni KOB subyektlərinin yaranmasına və biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək, biznes fəaliyyəti barədə məlumatlandıracaq.

Balakəndə KOB dostunun fəaliyyətə başlaması ilə əlaqədar iyunun 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonda biznes fəaliyyəti barədə məlumat verib, KOB dostunun rayonda mikro, kiçik və orta biznes subyektlərinin inkişafına dəstək olacağına əminliyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən KOB dostu mexanizmi barədə danışıb. Qeyd olunub ki, hazırda ölkənin 41 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. Balakən KOB dostu rayonun iqtisadi potensialından maksimum istifadə etməklə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına, onların maraqlarının müdafiəsinə dəstək olacaqdır. Sahibkarlar Balakən KOB dostları ilə fəal əməkdaşlığa dəvət edilib.

Sonra Balakən KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, sahibkarlar KOB dostunun fəaliyyət göstərəcəyi ofislə tanış olublar. Digər KOB dostu ofislərində olduğu kimi, Baləkən KOB dostu ofisində də sahibkarlara xidmət göstərilməsi, onlarla görüşlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərəcək.

Related posts

Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Almaniyada inflyasiya yenidən artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı