“Bank of Baku” İpoteka kreditləri üzrə şərtlərini yüngülləşdirib

“Bank of Baku” İpoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirib. Belə ki, indi ev əldə etmək arzusunda olan şəxslər 100.000 AZN-dək İpoteka Kreditini güzəştli şərtlərlə minimal 20% ilkin ödəniş etməklə əldə edə bilər.

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsaiti hesabına Bank of Baku tərəfindən təklif olunan İpoteka Kreditlərinin maksimal ödəniş müddəti 25 il, illik faiz dərəcəsi 8% təşkil edir.

Qeyd edək ki, kreditin rəsmiləşdirilməsi üçün ilkin şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər tələb olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır