Bank BTB 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqladı

Bank BTB-nin birinci rüb üzrə faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri isə 4 milyon 006 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 1 milyon 56 min manat təşkil etmişdir.

Maliyyə nəticələrinə əsasən, 1-ci rüb ərzində Bank BTB-nin aktivlərinin həcmində 6 % artım qeydə alınıb, beləliklə bankın cəmi aktivləri 356 milyon 788 min manat təşkil etmişdir. Digər əsas göstərici isə bankın kredit portfelinin artmasıdır ki, hesabat dövründə bankın kredit portfeli 261 milyon 411 min manat təşkiletmiş, bu isə ötən ilin həmin periodu ilə müqayisədə 18% artım deməkdir. Sözügedən dövrdə bankın fiziki şəxslərin müddətli depozit portfelinin  həcmi 26% artaraq 130  milyon  507 min manat təşkil etmişdir.

Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank hər zamanki kimi müştəri məmnunluğunu üstün tutaraq yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir. Bunu da qeyd edək ki, əhaliyə məsafədən bank xidmətlərinin göstərilməsini daha da asanlaşdıran BTB Mobile tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı