Bank “BTB” 2024-cü ili 4.1 milyon manat xalis mənfəətlə yekunlaşdırdı

Bank “BTB” 2024-cü ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Ötən il ərzində bank bütün göstəricilər üzrə müsbət dinamikanı davam etdirmişdir.

Beləliklə, 2024-cü il ərzində bankın xalis əməliyyat mənfəəti 2023-cü ilin nəticələri ilə müqayisədə 91% artaraq 5.3 milyon manata çatmışdır. Eyni dövr ərzində Bankın xalis faiz gəlirləri 9% artaraq 12.3 milyon manat, qeyri-faiz gəlirləri 31% artaraq 6 milyon manat, xalis qeyri-faiz gəlirləri isə 90% artaraq 4 milyon manat təşkil etmişdir.

Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və sabit artımı nümayiş etdirməkdə davam edir. 2024-cü ilin 12 ayı ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 161 müştəriyə 16 475  milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 88 müştəriyə 5 447  milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir. Onuda qeyd edək ki, bu göstəricilər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 35.9 % artım deməkdir.

2024-cü ilin 4-cü rübün sonuna Bankın məcmu kapitalı 51.1 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21.4% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Related posts

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib

Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

Xalq Bank 2024-cü ilin yekunlarını açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı