Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank “BTB” ASC kiçik mütəxəssis - xəzinədar vəzifəsinə işə qəbul elan edir - BBN

Bank “BTB” ASC kiçik mütəxəssis – xəzinədar vəzifəsinə işə qəbul elan edir

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Vəzifə öhdəlikləri:

  1. Qüvvədə olan qanunvericiliyə əsasən xəzinə işinin təşkil edilməsi.
  2. Məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla yüksək səviyyəli xəzinə xidmətlərinin göstərilməsi; nağd pul və digər qiymətlilərin qəbul edilməsi, verilməsi, uçotunun aparılması, saxlanılması və qorunmasının təmin edilməsi.
  3. Müştərilərə valyuta mübadilə xidmətlərinin göstərilməsini təmin etmək.
  4. Xəzinə əməliyyatları üzrə təyin olunmuş hesabatları, habelə xəzinənin fəaliyyətinə dair digər zəruri hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.  
  5. Şöbə müdirinin xəzinə əməliyyatları barədə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • Bankda ən azı 1 il xəzinədar vəzifəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir; 
  • Təşəbbüskarlıq; 
  • Komandada işləmək bacarığı; 
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24.12.2022-ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Kiçik mütəxəssis – xəzinədar”)  göstərməyiniz xahiş olunur.

Related posts

Orxan Ismayılov: 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

“Bank sektoruna etimad yüksəlir” – ABA eksperti Özal Talıblının müsahibəsi

Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı