Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank BTB ASC-nin “Sənaye” filialı yeni ünvanda - BBN

Bank BTB ASC-nin “Sənaye” filialı yeni ünvanda

Bank BTB müştəriləri üçün xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini optimallaşdırmağa davam edir.

Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Bank BTB-nin “Sənaye” filialının daha əlverişli ünvana köçürülməsi təmin edilmişdir. Hazırda, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 51 ünvanında (Yasamal parkının qarşısında) fəaliyyət göstərən filial yüksək standartlara və vahid korporativ interyer dizaynına uyğun olaraq təchiz edilmiş, müştərilərə yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılmışdır.

Filialda müştərilər üçün kreditlər, kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətləri göstərilir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.

Filialın açılış mərasimində Bank “BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini Zaur Yusifov bildirib ki: “Bank BTB hər il olduğu kimi bu il də inkişaf strategiyasını uğurla davam etdirir. Əsas məqsədimiz filial şəbəkəmizi daha da optimallaşdırmaq, bankımızın məhsul və xidmətlərində müasir texnologiyaların tətbiqi ilə müştərilərimizə yüksək xidmət göstərməkdir”

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı