“Bank BTB” DİN əməkdaşları üçün güzəştli kredit kampaniyası elan edir

Bank BTB 2 iyul Daxili İşlər Nazirliyi Əməkdaşlarının peşə bayramı münasibəti ilə 1 iyuldan 31 iyuladək güzəştli kredit kampaniyası elan edir.

Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində 3 min manatadək kreditlər zaminsiz veriləcək. Əlavə güzəşt olaraq, kredit 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5 min manatdır.

Bank BTB-nın kampaniyasına həm də DİN-in sıralarından təqaüdə çıxmış əməkdaşlarda qoşula bilərlər.

Qeyd edək ki,  güzəştli və zaminsiz “Nağd pul” kreditini Bank BTB-nın Baş ofisindən və bütün filiallarından almaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır