Bank BTB korporativ sosial məsuliyyət yönümlü aksiya keçirib

İyunun 16-da Bank BTB  korporativ sosial məsuliyyət yönümlü aksiya keçirib. Aksiya “Sağlam bədəndə sağlam ruh!” şüarı altında keçirilib. Bu aksiyanın əsas məqsədi “Ümid Yeri” sığınacağında məskunlaşan uşaqları idman avadanlıqları ilə təmin etmək olub.

Aksiya zamanı uşaqların sağlam və aktiv böyümələri üçün bank tərəfindən onlara müxtəlif ölçülü velosiped, skeyt,  samokat, top və digər çoxsaylı idman ləvazimatları hədiyyə olunub. Əlavə olaraq uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün onlara stolüstü tennis masası ilə bir yerdə lazımi aksessuarlar və digər maraqlı hədiyyələr verilib. Uşaqlar üçün təşkil olunan əyləncəli proqramda maraqlı viktorinalar və komanda ruhunu gücləndirən yarışlar keçirilib. Aksiyada bankın rəhbərliyi və könüllü əməkdaşlar iştirak edib.

Qeyd edək ki, “Ümid Yeri” sığınacağı artıq 20 ildir ki, valideyn qayğısından məhrum olmuş uşaqların sığınacaq yerinə çevrilib. Hal hazırda 40-dan çox azyaşlı və məktəbli uşaq bu sığınacaqda yaşayır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır