Bank BTB-nin Hüquq Departamentində yeni təyinat olub

Kadrlar siyasətinə ciddi dəyişikliklər edən Bank “BTB” Hüquq Departamentinə direktor təyin edib. Belə ki, iyul ayından etibarən Vüsal Ələkbərov Hüquq Departamentinə direktor təyin edilib. O,bankın bütün hüquqi və məhkəmə proseslərinə və Departamentin nəzdində fəaliyyət göstərən iki şöbəyə rəhbərlik edəcək.

Vüsal Ələkbərov Azərbaycan Universitetində Beynəlxalq hüquq fakültəsində, hüquqşünas ixtisasına 1997-2001 –ci illərdə yiyələnmiş, fəaliyyətinə hüquqşünas kimi başlayaraq Bank Respublika-da Departament rəhbərinədək peşəkar yol keçmişdir. Əlavə olaraq, 2012-ci ildən AR Vəkillər kollegiyasının üzvüdür.

Vüsal Ələkbərov geniş ixtisaslaşma üzrə fəaliyyət göstərib və maliyyə, bank, mülki-prosessual, cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, korporativ, icra, mülkiyyət vəmülki hüququn digər sahələri üzrə hüquqi xidmətlərin göstərilməsi üzrə müxtəlif biliklərə və bacarıqlara malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır