Bank BTB-nin İdarə Heyətinin tərkibi genişlənib

Bank BTB-nin 2019-2021-ci illər üzrə inkişaf strategiyasının uğurla həyata keçirilməsi məqsədilə İdarə Heyətinin tərkibində yeni təyinatlar baş verib.

Belə ki, Rövşən Fərhad-zadə İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Həmçinin, Korporativ İnkişaf Departamentinin direktoru Rauf Qurbanov İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatdırılıb.

Bank BTB-nin İdarə Heyətinin hazırki tərkibi:

  • Emil Rzayev, İdarə Heyətinin sədri
  • Rüfət Abbasov, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü
  • Rövşən Fərhad-zadə, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü
  • Vüsal Şahverdiyev, İdarə Heyətinin üzvü
  • Rauf Qurbanov, İdarə Heyətinin üzvü

Bank “BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev İdarə Heyətində aparılan dəyişikliklərlə bağlı açıqlama verərək bildirib ki: “Bank BTB yeniliklərə açıq, innovasiyalara dəstək olan bir bank olaraq yeni inkişaf strategiyası ilə maliyyə sektorunda dayanıqlı bazar mövqeyini möhkəmləndirməyə iddialıdır. Əminəm ki, bankımız 3 illik inkişaf strategiyası çərçivəsində rəqəmsallaşma səviyyəsini artırmaq, xidmət şəbəkəsini genişləndirmək və biznes proseslərini optimallaşdırmaqla, o cümlədən, müştəri yanaşmasında və məhsul yaradılmasında innovativ həllər təklif etməklə maliyyə sektorunda davamlı artım tempini qoruyub saxlamağa nail olacaq.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır