“Bank BTB” sahibkarlara dəstək üçün beynəlxalq layihəyə qoşulub

“Bank BTB” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə daha bir layihəyə qoşulub.

Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində bank aqrar sektorda çalışan sahibkara güzəştli şərtlərlə kredit təklif edir. Belə ki, sahibkarlar 500 000 manatadək krediti 7 il müddətinə, illik 6%-9% olmaqla əldə edəcəklər. Üstəlik, kreditlər üzrə 36 aya qədər güzəşt müddəti nəzərdə tutulub.

Ümumilikdə, Dünya Bankı tərəfindən layihə üzrə “Bank BTB”yə 2,2 milyon manat məbləğində kredit ayrılıb.

Qeyd edək ki, layihənin məqsədi aqro-ərzaq sektorunda fəaliyyət göstərən yerli müəssisələrin rəqabətliliyinin, istehsalının və keyfiyyətinin artırılmasına, o cümlədən, texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır.

Layihə çərçivəsində kredit götürmək istəyən sahibkarlar “Bank BTB”nin baş ofisinə və bütün filiallarına müraciət edə bilərlər. Ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır