“Bank BTB”nin “İnşaatçılar” şöbəsi istifadəyə verilib

Bank BTB ASC daha operativ və rahat xidmət göstərmək məqsədilə “Inşaatçılar” şöbəsini müştərilərin istifadəsinə təqdim edir. Şöbə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 7b/3 ünvanında yerləşib.

“Inşaatçılar” şöbəsində müştərilər geniş çeşidli bank məhsulları, sərfəli şərtlərlə depozit yerləşdirmək imkanı, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri, hesablaşma-kassa əməliyyatları və digər xidmətlərdən istifadə edə bilərlər. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır