Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Bank of Baku" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur - BBN

“Bank of Baku” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank of Baku” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.09.2025-ci il tarixində başlayıb, 19.09.2025-ci il tarixində bitmişdir.

AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23 sentyabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın  3.18  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Əsas Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Bank of Baku” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2010005364
İstiqrazların növü və forması Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması Kütləvi / Abunə Yazılışı
İstiqrazların sayı 200,000 (ədəd)
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 20,000,000 manat
İllik gəlirlilik faizi 13%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) 
Tədavül müddəti 18 ay
Minimal qiymət 100.00 (13.0%) manat
Maksimal qiymət 100.00 (13.0%) manat
Kəsmə qiymət 100.00 (13.0%) manat
Ortaçəkili qiymət 100.00 (13.0%) manat
Reallaşdırılmış həcm 20,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 20,000,000 manat
İnvestor sayı 601
Sifariş sayı 682
Anderrayter “ABB-Invest Investisiya Şirkəti” QSC

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı