Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank of Baku-dan növbəti maliyyə savadlılığı tədbiri: bu dəfə şagirdlərlə birlikdə - BBN

Bank of Baku-dan növbəti maliyyə savadlılığı tədbiri: bu dəfə şagirdlərlə birlikdə

Bank of Baku maliyyə savadlılığının artırılmasını yalnız iqtisadi deyil, sosial məsuliyyət kimi dəyərləndirir və bu istiqamətdə tədbirlərini davam etdirir.

Bank “Maliyyə savadlılığı hər yaşda önəmlidir!” şüarı ilə növbəti tədbirini 13 oktyabr tarixində Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirib.

İki hissədən ibarət olan tədbirdə ilk olaraq 100-dən çox şagirdə maliyyə savadlılığı mövzusunda təlim keçilib. Məktəblilərə pulun tarixi, şəxsi büdcənin qurulması, qənaət vərdişləri, bank kartlarının istifadəsi, rəqəmsal ödənişlər və maliyyə təhlükəsizliyi kimi gündəlik həyatda önəmli olan mövzularda məlumatlar verilib. Şagirdlərə praktiki nümunələr və interaktiv izahlar təqdim olunub.

Ardınca isə 30 şagird komandalar şəklində ayrılaraq maliyyə savadlılığı mövzusunda intellektual yarışmada aktiv iştirak ediblər. Sonda yarışmanın qaliblərinə, eləcə də bütün iştirakçılara Bank of Baku tərəfindən hədiyyələr təqdim olunub.

Eyni zamanda, məktəbin kitabxanasına azyaşlı oxuyucular üçün Bank of Baku-nun Azərbaycan Banklar Assosiasiyası, AzFina və VISA ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi “Ömərin ödəniş kartı ilə tanışlığı” adlı kitabça da hədiyyə edilib.

Qeyd edək ki, Bank of Baku bundan öncə “Maliyyə savadlılığı hər yaşda önəmlidir!” şüarı ilə yaşlı insanlarla görüş təşkil edərək təlim həyata keçirmişdi.

Bank mütəmadi olaraq müştərilərini maliyyə təhlükəsizliyi, təhlükəsiz rəqəmsal ödənişlər, fırıldaqçılıq və dələduzluq halları barədə məlumatlandırır, maliyyə vəsaitlərini qorumaq üçün diqqətli olmağa səsləyir.

Related posts

MDM EBRD istiqrazları üzrə növbəti kupon ödənişlərini həyata keçirəcək

AMB-nin növbəti faiz qərarı: bazarda sabitlik gözləntiləri üstünlük təşkil edir

Fərid Baxşıyev Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı