“Bank of England”dan Böyük Britaniyanın iqtisadiyyatı ilə bağlı yeni proqnoz

İngiltərənin Mərkəzi Bankının (Bank of England) proqnozuna görə, ölkədəki iqtisadi tənəzzül 1920-ci ildən bu yana ilk dəfə ən uzunu olacaq və işsizlik 2 dəfə artacaq.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, ekspertlər bildirirlər ki, dünyadakı bütün ölkələr yüksək qiymətləri müşahidə edirlər, lakin Böyük Britaniyanın iqtisadiyyatı isə digər əsas ölkələrin iqtisadiyyatı ilə müqayisədə daha pisdir.

Bildirilir ki, iqtisadiyyatın səviyyəsi pandemiyadan əvvəlkindən daha aşağıdır. İqtisadiyyat iyul və sentyabr aylarında azalıb və qeyd etdiyimiz kimi ölkə uzunmüddətli iqtisadi tənəzzülü gözləyir. 

Üç ayda iqtisadiyyat 0.2% kiçilib, qiymətlərin yüksəlməsi isə biznes və ailələrə təsir edib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı