Bank ombudsmanı İkram Kərimova “şöhrət” ordeni təqdim edilmişdir

18 noyabr 2022-ci il tarixində Bank Ombudsmanı İkram Kərimova “Şöhrət” ordeni təqdim edilmişdir. 

Mərasimi açılış sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov tədbirdə iştirak edən hər kəsi salamlayaraq,  müasir vəkilliyin tarixində ilk dəfə Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Bank Ombudsmanı, vəkil İkram Kərimovun müzəffər xalqın nümayəndəsi kimi, Şuşa ilində cənab Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edildiyini qeyd etdi.  İ.Kərimovun “Şöhrət” ordeni ilə təltifini cənab Prezident tərəfindən Azərbaycanda vəkillərə göstərilən diqqətin təzahürü kimi qiymətləndirildiyini bildirdi.

A.Bağırov çıxış edərək həmçinin İkram Kərimovun bu il 80 illik yubileyini qeyd edərək onun hüquq sahəsindəki məhsuldar fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, İ.Kərimovun 18.04.1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olduğunu, 1966-cı ildən 1987-ci ilə kimi prokrorluq orqanlarında, 1987-ci ildən 2012-ci ilə kimi Respublikanın müxtəlif məhkəmələrində sədr vəzilərində fəaliyyət göstərdiyini qeyd etmişdir. 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan İ.Kərimov bir sıra dövlət təltiflərinə layiq görülüb. 2017-ci ildən hazıra qədər Bank Ombudsmanı kimi fəaliyyət göstərdiyini qeyd etmişdir.

Sonra Anar Bağırov İkram Kərimova “Şöhrət” ordenini və vəsiqəsini təntənilə şəkildə təqdim etmişdir.

Daha sonra, çıxış edən İkram Kərimov göstərilən qiymətə və diqqətə görə ölkə başçısına təşəkkürünü bildirərək, bu mükafatın ölkə Prezidentinin onun timsalında vəkilliyə olan diqqətinin bariz nümunəsi olduğunu qeyd etdi. Bundan sonra da, bu ordeni alan vəkillərin sayının artacağına inandığını bildirmişdir.

Tədbirdə həmçinin, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, Bank Ombudsmanının məsul katibi Elçin Həsənov iştirak etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır