Bank Ombudsmanı İkram Kərimov Türkiyədə işgüzar səfərdə olub

Səfərin ilk günündə Əvvəlcə Ankaradakı Heydər Əliyev Parkını ziyarət edilib. Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad edib. Sonra vəkillər tərəfindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbir Movzeley Kompleksi ziyarət olunub, nümayəndə heyətinin şərəfinə rəsmi tədbir təşkil olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan, Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca, Türkiyə Barolar Birliyinin başqanı Erinç Sağkan, Türkiyənin Ədliyyə nazirnin müavini Zekeriya Birkan, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla və “Azaflı Hukuk ve Danışmanlık Bürosu”nun müdiri, Ankara Vəkillər Kollegiyasının üzvü Arzuman Azaflı ilə görüşlər keçirib.

Səfərin məqsədi iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığı inkişaf etdirmək, Türkiyə Vəkillər Kollegiyasının sədri və eyni zamanda Türkiyənin məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşlərin təşkili, ölkələrimiz arasında vəkillik sahəsində, ümumən məhkəmə-hüquq sahəsində, mübahisələrin alternativ qaydada həlli sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilməsi olub. Türkdilli dövlətlər arasında hüquq sahəsində əməkdaşlığın inkişafı üçün vahid platformanın yaradılması ilə bağlı təkliflər səsləndirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı