Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Ombudsmanına yeni bank qoşulmuşdur - BBN

Bank Ombudsmanına yeni bank qoşulmuşdur

Banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə Bəyannamənin imzalayanlar sırasına daha bir bank qoşulmuşdur.

Belə ki, Azərbaycan Banklar Assosiasiyasiyasının (ABA) Ümumi Yığıncağının 19 fevral 2021-ci il tarixli qərarı ilə “Naxçıvanbank” ASC ABA-ya üzv seçilmişdir. Bu səbəbdən  “Naxçıvanbank” ASC banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə 7 mart 2021-ci il tarixində Bəyannaməni imzalayaraq öz razılıqlarını bildirmişlər.  Bundan sonra müştərilər bank ilə onlar arasında fikir ayrılıqları mövcud olduğu halda, “Bank Ombudsmanın Əsasnaməsi”nə və “Bank Ombudsmanın fəaliyyəti haqqında Reqlament”ə müvafiq olaraq, www.bankombudmsan.az saytına daxil olub müvafiq formanı dolduraraq, onlayn qaydada müraciət edə biləcəklər.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib və hazırda ABA üzvü olan 22 bank və 2 bank olmayan kredit təşkilatı (BOKT) mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə Bəyannamənin imzalamışdır.

Related posts

Azərbaycan Mərkəzi Bankı və “Komplayens Assosiasiyası” arasında Anlaşma Memorandumu imzalanıb

Pensiyaçılar öz bankını seçə biləcəkmi? – MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı