Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika əsgərlərə Novruz sevinci yaşatdı - BBN

Bank Respublika əsgərlərə Novruz sevinci yaşatdı

“Bank Respublika”nın əməkdaşları Novruz bayramı ərəfəsində əsgərləri ziyarət etdi.

Bakı, 17 mart, 2025. Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində “Bank Respublika”nın əməkdaşları işğaldan azad olunmuş torpaqlarımızda, dağlıq ərazidə yerləşən hərbi hissələrə səfər edərək Rəşadətli Ordumuzun əsgərlərini ziyarət ediblər.

Səfər çərçivəsində Bankın əməkdaşları hərbi hissənin şəxsi heyəti ilə görüş keçirib, onların gündəlik həyatı və xidmət şəraiti ilə yaxından tanış olub, səmimi söhbətlər aparıblar. Bankın əməkdaşları əsgərlərin göstərdiyi xidmətin əhəmiyyətini vurğulayaraq, onların fədakarlıqlarına görə minnətdarlığını ifadə ediblər.

Bank tərəfindən əsgərlərə bayram sovqatları, eləcə də hərbi hissənin ümumi istifadəsi üçün müxtəlif avadanlıqlar təqdim edilib. Hərbi hissə tərəfindən “Bank Respublika”ya əsgərlərə daim göstərdiyi diqqət və qayğıya görə təşəkkürnamə təqdim edilib.

Əsgərlərlə görüşün keçirilməsində məqsəd – Vətənimizin keşiyində dayanan əsgərlərə mənəvi dəstək olmaq, bayram günlərində onların diqqətdən kənarda qalmadığını vurğulamaq və cəmiyyətin onlara olan dərin ehtiramını nümayiş etdirmək olub.

Bank gələcəkdə də bu kimi təşəbbüslərlə ölkəmizin inkişafına, milli birlik və həmrəyliyin gücləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

İranla bağlı müharibə fonunda dollar güclənir, qlobal bazarlarda risk artır

Nazir Rəşad Nəbiyev “Dell Technologies” şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı