Bank Respublika 2023-cü ildə fermerlərə ən çox kredit ayıran bank oldu! – Foto

Bank Respublika “III Aqrobiznesin İnkişafı Forumunda” yüksək mükafat qazandı

Ötən həftə, Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “III Aqrobiznesin İnkişafı Forumu” keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Mərkəzi Bankın, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatının maliyyələşdirilməsində uğur hekayələrindən bəhs olunub, uğurla maliyyələşdirmə əldə etmiş və əməliyyatlarını genişləndirmiş yerli təsərrüfatların və ya aqrobizneslər barədə video təqdimatlar keçirilib. Daha sonra kənd təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirak edən müvəkkil kredit təşkilatlarına mükafatlar təqdim olunub.

Ölkəmizdə sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə böyük dəstək verən Bank Respublika “2023-cü ildə say və məbləğcə fermerlərə ən çox kredit ayıran bank” nominasiyasında mükafat qazanıb.

Qeyd edək ki, Bank Respublika ötən il Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və Kredit Zəmanət fondu ilə aktiv əməkdaşlıq edərək fermerlərə ən böyük həcmdə güzəştli kredit təqdim etmişdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə

“Rəqəmsal transformasiya və fintex” mövzusunda praktiki təlim keçirilib

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı