Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika 6 nominasiya üzrə qalib seçildi! - BBN

Bank Respublika 6 nominasiya üzrə qalib seçildi!

Ötən həftə Azərbaycan Banklar Assosiasiyası ənənəvi “Bankçılıq Mükafatları” adlı tədbir keçirib və ölkə banklarını 2022-ci ildəki fəaliyyətinə görə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görüb. Bank Respublika ötən illərdə olduğu kimi, bu il də ən çox mükafat qazanan banklardan biri olub.

Bankın 2022-ci ildə həyata keçirdiyi sosial layihələrin hamısı yüksək qiymətləndirilib və bütün nominasiyalar üzrə qalib seçilərək 6 mükafat qazanıb:

  • Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
  • Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
  • Ən fəal təhsil dəstəkçisi;
  • Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən fəal bank;
  • Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank;
  • Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri həyata keçirən ən fəal bank.

Qeyd edək ki, Bank Respublika ötən il korporativ sosial məsuliyyət proqramı çərçivəsində bir çox layihələr həyata keçirib:

Bundan başqa, Bank Respublika ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə dünyada ilk dəfə olaraq Wolt kobrend kartını buraxmışdır. Bank həmçinin, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə sosial şəbəkələrdə və radioda rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri reallaşdırıb.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

AMB: Maliyyə bazarlarında gəlirlilik əyrisi azalıb

AMB: Bu il üçün inflyasiya proqnozu artırıla bilər

PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Bankçılıq Mükafatları -2025” müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı