Home » Bank Respublika Azərbaycanda ilk dəfə Whatsapp-da çat-bot istifadəyə verdi

Bank Respublika Azərbaycanda ilk dəfə Whatsapp-da çat-bot istifadəyə verdi

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Siz hələ də sorğularınızla bağlı Banka zəng edirsiniz? Növbəniz çatmaq üçün uzu müddət gözləməli olursunuz? Artıq buna ehtiyac yoxdur!

Ölkəmizdə rəqəmsal bankçılığını inkişafına və müştəri məmnuniyyətinin artırılmasına böyük diqqət ayıran Bank Respublika, növbəti yeniliyi təqdim edib. Bank Azərbaycanda ilk dəfə olaraq  Whatsapp Messenger üzərindən müştəriləri üçün yeni çat-bot xidmətini istifadəyə verdi.

Yeni xidmət vasitəsilə, müştərilər artıq banka gəlmədən, zəng etmədən vaxt itkisinə yol vermədən banka ünvanlandığı ən önəmli suallarla bağlı 24 saat ərzində cavab tapa biləcək. Bunun üçün Whatsapp Messenger-də (51) 4 144 144 nömrəsinə Sizi maraqlandıran məsələ ilə bağlı açar sözü (“kredit, “depozt”, “kart” və s.) yazıb göndərmək kifayətdir. Bot avtomatik olaraq Sizin sorğunuzu təhlil edib operativ cavablandıracaq.

Çat-Bot müştərilərin suallarını cavablandırmaqla yanaşı, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, bank məhsulları barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.

“Ölkəmizdə ilk dəfə olaraq ən populyar mesencer olar Whatsapp üzərindən çatbotun məhz Bank Respublika tərəfindən istifadəyə verilməsinə çox şadıq. Yeni çat-bot vasitəsi ilə, müştərilərimiz zamanlarına qənaət edərək bank sorğularına rahatlıqla cavab tapa biləcək! İlkin mərhələdə müştərilərimizə banka müraciət zamanı ən çox sorğu olunan məhsullarımız –  kreditlər və kartların sifarişi üzrə tam avtomatlaşdırılmış dəstək göstəriləcək. Növbəti mərhələdə isə çat-botun məlumat bazası, müştərilərin sorğularına əsasən daha da genişləndiriləcək və müştərilərə  çat-bot üzrə daha geniş imkanlar təklif olunacaq.” deyə “Bank Respublika”nın Pərakəndə Satışlar Departamentinin direktoru Anar Həmidov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.