Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika BMT-nin Qlobal Sazişinə (UN Global Compact) qoşuldu - BBN

Bank Respublika BMT-nin Qlobal Sazişinə (UN Global Compact) qoşuldu

Sosial məsuliyyət prinsiplərinə sadiq qalan, ölkənin aparıcı banklarından biri olan Bank Respublika Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (United Nations Global Сompact)  qoşulub.

BMT-nin Qlobal Sazişi dünyada davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Qlobal Sazişin iştirakçıları aparıcı xarici maliyyə institutları da daxil olmaqla 160 ölkədən 20 000 mindən çox təşkilatdır.

Bank Respublika BMT-nin Qlobal Sazişinə qoşulmaqla davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Qlobal Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürən Bank, insan hüquqları, ekologiya, sosial məsuliyyət sahəsində fəaliyyət proqramını təkmilləşdirməyə, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Bank hazırda yaşıl maliyyənin inkişafı, ətraf mühitin qorunması, məişət tullantılarının təkrar emalına yönəlmiş layihələr, eləcə də bir çox başqa təşəbbüslər üzərində fəal işləyir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Related posts

ECB faiz dərəcələrini dəyişməz saxladı

EBRD 2025-ci ildə Azərbaycanda 10 layihəyə 81 milyon avro ayırıb

Dövlət müəssisələri xalis mənfəətin azı 30 %-ni büdcəyə dividend kimi ödəyəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı