Bank Respublika Naxçıvanda müasir konseptdə yeni filialını açdı

Aktivlərinin həcminə görə ölkənin ilk 5 bankından biri olan Bank Respublika, yaranmasının 30-cu ildönümündə Naxçıvan şəhərində yeni filialının təntənəli açılışını edib.

Tədbirdə iştirak edən Bankın rəhbərliyi rəmzi qırmızı lenti kəsərək müasir konseptdə olan yeni filialı müştərilərin istifadəsinə verib. Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.

Açılışda iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi, ziyalılar və iş adamları ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika”nın Naxçıvanda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Yeni filial – Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 37-3 ünvanında fəaliyyət göstərəcək.

İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 28 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq yaxın zamanlarda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır