Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika “Smart Banking” təcrübə proqramına start verdi - BBN

Bank Respublika “Smart Banking” təcrübə proqramına start verdi

İstedadların inkişafına davamlı dəstək verən Bank Respublika, analitik düşünmə qabiliyyətli, riyazi bilikli, motivasiyalı, universitet məzunu olan gəncləri “Smart Banking” təcrübə proqramında iştirak etməyə dəvət edir!

Seçim mərhələsini uğurla keçən iştirakçılar, 3 ay davam edəcək təcrübə proqramı müddətində bankın peşəkar əməkdaşları tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək nəzəri biliklərə yiyələnəcək və eyni zamanda real iş mühitində biliklərini tətbiq etmək imkanı qazanacaqlar. Bundan başqa təcrübə proqramında iştirak edən təcrübəçilərə aylıq ödəniş də ediləcək.

Proqramın sonunda təcrübə proqramını uğurla bitirən iştirakçılar “Bank Respublika”da işlə təmin olunacaq.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

  • İqtisadiyyat, maliyyə, mühasibatlıq, statistika, informatika ixtisasları üzrə ali təhsil;
  • Ofis proqramları və SQL üzrə biliklərin olması;
  • Analitik düşünmə və fikrini səlis ifadə etmə bacarığı;
  • Ünsiyyətcil olma və komandada işləmək bacarığı.

Proqrama qoşulmaq istəyənlər 01.10.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Smart banking” qeyd edərək,  hr@bankrespublika.az  ünvanına göndərə bilər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Azərbaycan Mərkəzi Bankı: Kreditləri ən yaxşı və ən pis ödəyən rayon və şəhərlərin adları açıqlanıb

Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir

AMB-də fintex ekosisteminin institusional əsasları müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı