Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2021-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişaf etməyə davam edərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz mənfəəti 10%-dən çox artaraq 39,1 milyon manata çatmışdır, xalis mənfəət isə 12,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2 dəfə çoxdur.

Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 16,2% artaraq 98,8 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfə üstələmişdir.

9 ayın nəticələrinə görə Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın depozit portfeli 15,2% artmışdır ki, bu da müştərilərin banka olan yüksək etimadını bir daha təsdiq edir. Bankın kredit portfeli 39,8% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir.

Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,34%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,23% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,7 dəfə və 1,3 dəfə çoxdur.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı