Bank Respublika və Rabitəbank ATM şəbəkəsini birləşdirib

Müştəri məmnuniyyətini düşünərək, bu addım kart istifadəçiləri üçün çox sərfəli və rahat  şərtlərlə vəsaitlərini iki bankın ATM  şəbəkəsi vasitəsi ilə  nağdlaşdırmağa  imkan yaradır.

İndi Bank Respublika-nın bütün əməkhaqqı kart istifadəçiləri Rabitəbank  ATM-lərindən vəsaiti 0% komissiya ilə nağdlaşdıra bilərlər. Bankın digər kartları ilə nağdlaşdırma zamanı 1%  komissiya tutulacaq.

Beləliklə, iki bankın birləşməsi nəticəsində ATM şəbəkəsində bankomatların sayı 90-ı  keçib. Ölkənin aparıcı banklarının bankomat şəbəkələrinin birləşməsi kart məhsullarını istehlakçılar üçün daha cəlbedici edəcək və onların bağlılığını daha da artıracaq.

Bu gün ATM  şəbəkələrinin birləşməsi xidmət infrastrukturunun genişləndirilməsinə və müştərilərin rahatlığına xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır