“Bank Respublika”nın elan etdiyi hakatonun finalçıları müəyyən oldu!

Ölkəmizin aparcı banklarından biri olan Bank Respublika, ölkəmizdə açıq bankçılıq üzrə keçirlən ilk hakatonun final mərhələsində iştirak edəcək komandaların adlarını açıqladı.

Müsabiqədə iştirak etmək üçün İT sahəsində öz bacarığını nümayiş etdirmək istəyən gənclərdən ibarət 40-a yaxın müraciət edib. Keçirilən testlər nəticəsində 8 ən istedadlı və kreativ komanda finala vəsiqə qazanıb:

  • DataMass
  • Attechers
  • Fuzzy Logic
  • 2+3 Found Now
  • bugFlayers
  • Pied Piper
  • Evolution
  • Risk Takers

5-7 avqust tarixlərində baş tutacaq növbəti mərhələdə isə komandalar 50 saat davam edən yarışa qatılacaqlar 8 avqust tarixində qalib müəyyən olunacaq. Müsabiqə zamanı qarşıya qoyulan tapşırığı tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar münsiflər heyəti tərəfindən müxtəlif kriteriyalar üzrə qiymətləndirilərək qalib elan olunacaq. Münsiflər heyətinin tərkibinə ölkəmizdə fəaliyyət göstərən aparıcı İT, Fintech və özəl şirkətlərin rəhbərləri daxildir.

Ölkəmizdə açıq bankçılıq üzrə keçiriləcək ilk hakatonunda ən yüksək nəticə göstərən komandanı 5.000 AZN, 2-ci yerin qalibini 2.500 AZN dəyərində pul mükafatı, 3-cü yerin sahibini isə 1.500 AZN dəyərində pul mükafatı gözləyir.

Yarışma barədə ətraflı məlumatı https://openbanking.az səhifəsindən əldə edə bilərsiniz

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı