Bank sektorunun cəmi aktivləri 26.2 mlrd. manat olub

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,163.6 milyon manat, cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil edib. Sektorun balans kapitalı 3,018.6 milyon manat, əhalinin əmanətləri 6,999.5 milyon manat olub.

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,486-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,340 nəfər təşkil edib.

Hazırda ölkədə fəaliyyət göstərən 123 Bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır