Bank VTB (Azərbaycan) ASC-nin səhmləri Bank VTB (Rusiya) PSC-yə keçib

Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB (Rusiya) PSC və Bank VTB 24 (Rusiya) PSC yenidən təşkil olunublar.

Belə ki, yenidən təşkil olunma nəticəsində Bank VTB 24 (Rusiya) PSC 03.10.2017-ci il tarixli Qoşulma Müqaviləsinə əsasən Bank VTB (Rusiya) PSC-yə qoşularaq 1 yanvar 2018-ci il tarixindən ləğv olunub.

Həmçinin bildirilib ki, Bank VTB 24 (Rusiya) PSC-yə məxsus Bank VTB (Azərbaycan) ASC-nin 124 496 737 ədəd adi adlı sənədsiz səhmləri hüquq varisliyi qaydasında Bank VTB (Rusiya) PSC-yə keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır